İri tonnojlı yük avtomobillərinin təmiri və ehtiyyat hissələrinin satıldığı obyektdə yanğın olub. AzEuroNews.com-un məlumatına görə, hadisə Goranboyun Nadirkənd kəndi ərazisində baş verib. Qəfildən alovlanan təmir sexinda yanğın küləyin təsirindən daha da şiddətlənib. Əraziyə yanğınsöndürənlər çağrılıb, çətinliklədə olsa alovu ram etmək mümükün olub.

Yanğın hadisəsi zamanı Tahirə Səfərovaya məxsus ümumi sahəsi 150 kvadratmetr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 70 kvadratmetr sahədə yanaraq yarasız hala düşüb. Sexinin qalan hissəsi yanğından mühafizə olunub. Hadisəsnin baş vermə səbləri araşdırılır.

00b5f92d-6c35-4924-986f-7bfc842b52ff