Fransada qaçqınlara yardım etmək istəyənlər cərimələnəcəklər. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bu barədə La Chapele sığınacağındakı qaçqınlara yardım etmək istəyən “Wilson Vətəndaş Birliyi” təşkilatının sözcüsü Klarisa Bouther məlumat verib. Onun sözlərinə görə, təşkilatları qaçqınlara yemək, geyim və s. təbatlarla bağlı yardım etməyə çalışsa da, onların bu xeyrixah əməli Fransa hökuməti tərəfindən əngəllənir.

“İndi də, qaçqınlara yardım edən hər bi şəxs 135 Avro miqdarında cərimələnəcək.  Bu ölkəmiz adına böyük ayıbdır. Fransızlar öz geyimlərini gətirib qaçqınlara verirlər. Evlərində yemək bişirib kampa gətirənlər də var. Onları cərimələmək Fransaya başucalığı gətirməyəcək” deyə Klarisa Bouther bildirib.