Bakıda “Koloşnikov”u şəxs tutulub. AzEuroNews.com-un məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü Polis Bölməsinə (PB) paytaxt sakini əvvəllər dəfələrlə məhkum olunmuş Camal Bədirovda odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Bədirov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman qundağı qatlanan “AK-74” markalı avtomat silahı, 10 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

1d87f945-4386-4b52-b61a-954a44214ea9