Türkiyənin Diyarbakır əyalətinin Sur rayonunun Çarıklı bələdiyyəsinin Karpuzlu kəndində partlayış olub.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, hadisə kənddən keçən dəmiryol xəttində baş verib.

Partlayış yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

Hadisə barədə əlavə məlumat yayılmayıb.