Suraxanı rayonunda qətl hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. 54 yaşlı Anjelika Vasilyevna Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər.  Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb. Hadisə yerində istintaq hərəkətləri həyata aparılıb əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün pataloji anatomiya birliyi göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən ediblər.

Faktla əlaqədar Suraxanı Rayon Prokurorluğunda Cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Araşdırmalar davam edir.

1c12961b-f8b1-4eec-92b9-1af0fba600d3