Yasamalda narkotik maddə alverçisi 2 nəfərin ölümünə səbəb olub. AzEuroNews.com-un məlumatına görə, Yasamal rayonu, Şahbazi küçəsi ev 100, mənzil 16 ünvanında ölüm hadisəsi qeydə alınıb.

Məlumata görə, həmyaşıd olan 42 yaşlı Hüseynov Emil Söhrab oğlu və Baxmanov Fərrux Seymur oğlu yüksək dərəcədə narkotik maddə qəbul etdiklərinə görə dünyalarını dəyişiblər.

İlkin araşdrmalar zamanı məlum olub ki, Emil ilə Fərrux narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Rauf Ələkbərovun evinə narkotik maddə qəbul etməyə gəliblər. Ancaq Rauf Ələkbərov öz daimi müştərilərinə tərkibi məlum olmayan narkotik vasitələri yüksək dozada verib. Təxminən 2 saat keçmiş Raufun müştəriləri dünyalarını dəyişiblər.

Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə aparılıb. Rauf Ələkbərov isə Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olma maddəsilə təqsirli bilinərək şübhəli şəxs qismində saxlanılıb. Həmçinin baş vermiş ölüm faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda da araşdırmalara başlanılıb.