Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub.

“Qafqazinfo”ya İcra Hakimiyyətindən daxil olan məlumata görə, tədbirdə icra başçısı Elmar Vəliyev, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri, şagirdlər və valideynlər iştirak edib. Gəncə şəhər Mikayıl Müşfiq adına 14 nömrəli tam orta məktəbin müdiri Qasımov Elnur açılış mərasimində çıxış edərək bidirib ki, 2015-2016-cı tədris ilində məktəbi 66 şagird bitirib.Onlardan 60 faizi ali məktəblərə daxil olub.

Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Təhsil ocağının işçilərinin sayı ümumilikdə 119 nəfərdir. Onlardan 98 nəfəri pedaqoji heyətdir.

Elmar Vəliyev əlamətdar gün münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edib.

gence-azeuro-2