ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasını ABŞ-ın ən əsas təhlükəsi sayır.

Trend-in məlumatına görə, bunu Ağ Evin yüksək rütbəli nümayəndəsi jurnalistlərə deyib.

Tramp bazar ertəsi Çinin dövlət şurasının üzvü Yan Çzeçi ilə görüşüb və onu Şimali Koreya ilə bağlı birgə işləməyə çağırıb.