Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevanın mahnısını oxuyub.

Axşam.az-ın məlumatına görə, “Göygöl” adlanan mahnı mərhum ifaçının ölüm ildönümünə həsr edilib. E.Seyidcahanın səsləndirdiyi mahnı 106.3 FM-in İlhamə Quliyeva ilə bağlı hazırladığı diskdə yer alıb.

İfasından danışan E.Seyidcahan ideyanı çox bəyəndiyini söyləyib:

“Aramız yaxşı olmasa da, onun böyük sənətkar olduğunu hər zaman demişəm. Bizim münasibəti qısqanıb, aramızı vurdular. Çünki İlhamə Quliyeva böyük bəstəkarların mahnılarını oxuyurdu. Mənim “Ağ çiçəyim” bəstəmi səsləndirməsi bəzilərini qıcıqlandırmışdı. Onun xatirəsinə həsr edilən layihədə yer almaq mənim üçün böyük şərəf idi. Bu diskdə yer alan mahnıları səsləndirən ifaçıların hamısını bir araya yığsan, İlham Quliyevanın səsinə çatmaz”.