Binəqədi rayonunda kütləvi dava baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 28 yaşlı Elnur Yusif oğlu Hüseynov və dostu Röyal adlı şəxsin tanımadığı şəxslərlə mübahisəsi düşüb. Tanış olmayan şəxslərin mübahisəsi daha sonra bıçaqlanma ilə nəticələnib. Naməlum şəxslərdən biri üzərində gəzdirdiyi bıçaqla Elnur Hüseynovu döş qəfəsində onun dostu Röyalı isə ayağından bıçaqlayıb. Daha sonra həmin şəxslər hadisə yerini tərk ediblər. Yaralılar ətrafdakı insanların çağırdığı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Hər iki yaralı dərhal əməliyyat olunub. Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat verilib. Yaralılar əməliyyat olunduğundan onların ifadəsini almaq mümkün olmayıb.

Faktla əlaqədar Cinayət işi başlanıb. İstintaq araşdırmaları davam edir.