Lombarda oğurluğa girən şəxs obyektdə müşahidə kamerasının olduğunu görüb üzünü parça ilə gizlədir.Daha sonra isə dəmir linglə kameranı qırmağa çalışır.

Hadisə gecə paytaxtın Pirallahı rayonu Səməd Vurğun küçəsindəki lombardlardan birində baş verib. AzEuroNews.com-un məlumatına görə, zərərçəkmiş obyekt sahibi hadisədən səhər işə gələrkən xəbər trutub. O, dərhal rayon polis idarəsinə məlumat verib. Əraziyə gələn polis müəyyən edib ki, naməlum şəxs və ya şəxslər lombarddan, dam örtüyünü sokməklə 2 min manat pul və 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə bu cür obyektlərin təhlükəsizlik məsələsini gündəmə gətirir. Ekspertlər bildirirlər ki, adətən lombardlar ərazi üzrə mühafizə polis şöbəsinin siqnalizasiya sistemi ilə təchiz edilməlidir. Ona görə ki, həmin obyektdə qiymətli əşyalar saxlanılır, pul əməliyyatları aparılır. Hər bir lombard sahibi mütləq qaydada ərazi üzrə mühafizə polis şöbəsi ilə müqavilə bağlamalıdır ki, belə xoşagəlməz hadisə baş verməsin.

Başqa bir məsələ vətəndaşlara məxsus lombarddakı qızılların sığortalanmasıdır.  Hadisənin baş verdiyi lombarddakı işçi xanım sözügedən məsələdən xəbərsiz olduğunu deyir. Yəni belə çıxır ki, onlar vətəndaşların qızıllarını bu cür hadisələrdən sığortalatmayıblar. Bəs burda məsuliyyət kimin üzərindədir?

Hüquqşünaslar bildirilər ki, əgər lombardın sahibi dəymiş ziyanı ödəməzsə, vətəndaşlar onu məhkməyə verib əmlaklarını tələb edə bilərlər. Çünki onlar qızıl qoyub pul götürərkən aralarında müqavilə bağlanır.

lom 1

lom 3