Bu yaxınlarda Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində Azərbaycanın Ukraynadakı səfirliyinin mətbuat katibi kimi tanınan Xəyyam Həqiqətoğlu adlı azərbaycanlının erməni lobbisinin azərbaycanlılara qarşı aqressiyası ilə seçilən erməni gəncləri ilə olduqca ilginc münasibətlərini əks etdirən fotoları yayılmışdı. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, Ukraynadan əldə olunan foto və faktlara görə, isə X. Həqiqətoğlu artıq paralel olaraq AzTV-nin Ukrayna üzrə müxbiri Möhsüm Aslanovun yardımçısı kimi də işə götürülüb.

7af0e838-38ad-409c-b9d8-d75f4572eb9b

Azərbaycanın Kiyevdəki səfirliyinin mətbuat katibi Xəyyam Həqiqətoğlu bu ölkədəki erməni gənclər hərəkatının liderləri, azərbaycanlılara qarşı aqressiyaları ilə seçilən Vilyam Asulyan, Artyom Baqdasaryan və Yuliya Ankosi ilə olduqca mehriban dost, hətta işgüzar əməkdaşlıq edib. Həqiqətoğlu bir müddət əvvəl Ukraynanın Nikolayev şəhərində yaşayıb və ermənilər ilə sıx əlbir olmasına, Azərbaycanın hazırkı hakimiyyətinə qarşı sərt mövqeyinə görə diasporumuzun sərt tənqidinə tuş gəlib, Kiyevə köçüb. Bir müddət əvvəl Azər Xudiyevin bu ölkəyə səfir təyin olunması, onun dostu AzTV-nin Ukrayna üzrə müxbiri Möhsüm Aslanovun Həqiqətoğlu ilə yaxın münasibəti sonuncunun səfirlikdə mətbuat katibi postuna gətirilməsi ilə nəticələnib.

9412256c-1a19-4425-88ae-0e8e5f16b9ea

Xatırladaq ki, A. Xudiyev bundan əvvəl Azərbaycanda adı “nurçuluq”da hallanan Prezident Administrasiyasının eks şöbə müdiri Elnur Aslanovun və eks deputat Ceyhun Osmanlının yaxın dostu Anar Tahirovu səfirliyin mətbuat katibi postuna gətirmişdi. Bununla bağlı Bakının sərt tənbehinə tuş gələn səfir onu bu vəzifədən kənarlaşdırsa da, hazırda A. Tahirovun qeyri rəsmi səfirlikdə çalışdığı, qurumun sosial şəbəkələr üzrə səhifələrinə nəzarətin ona verildiyi bildirilir.

a30b280b-72e5-4f2c-a723-2d2e08ceb019

Onu da qeyd edək ki, Xəyyam Həqiqətoğlu eyni zamanda Birləşmiş Ukrayna Azərbaycanlıları Cəmiyyətində çalışdığını bildirir ki, onun da sədri Rövşən Tağıyev bu ölkədəki Erməni diaspor rəhbəri Aşot Avanesyanla dostluğunu açıq formada bəyan edir, gizlətmir.

3b6953eb-76a0-4f4c-b683-45adac0d8f31 8730b4a1-f34c-4a35-99dc-40dc1837e968 d654afa8-8bdc-46c7-83ca-0ea30149d030