Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs ifşa edilib. AzEuroNews.com-un məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi şikayət ərizəsi ilə müraciət edən Bakı şəhər sakini Ellada Zərbəliyeva (ad şərtidir) əvvəldən tanığı bir nəfərin onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 500 manat pul aldığını bildirib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Elnur Əbilov saxlanılıb.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.