Almaniya Türkiyəni təhdid edib. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, səbəb Almaniyanın nüfuzlu “Die Welt” nəşrinin türk əsilli təmsilçisi Deniz Yücelin Türkiyədə həbs olunmasıdır.

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel açıqlamasında bildib ki, türk nazirlərin seçki öncəsi Almaniyaya gəlməsini istəmirlər: “Deniz Yücel azad edilməyənə kimi Almaniya-Türkiyə münasibətləri uçuruma gedəcək. Necə ki, gedir. Artıq Almaniya dövləti səviyyəsində jurnalistin haqsız yerə həbs olunmasına sərt reaksiya verilib. Amma, görünür Türkiyə dövləti bu reaksiyalara məhəl qoymur. Belə olan halda biz ən sərt mübarizə metodlarına əl atmaq məcburiyyətində qalacağıq”.

 

Almaniya Sol Partiyasının lideri Katya Kippiq

Almaniya Sol Partiyasının lideri Katya Kippiq isə bildirib ki, Deniz Yücel azad olunmayana kimi Türkiyəyə turist göndərməməlidirlər: “Almaniya heç bir zaman diktatorluqla idarə olunan Türkiyə ilə çiyin-çiyinə ola bilməz. Olacaqsa biz də digər mübarizə üsullarından istifadə edəcəyik. Məsələn, Türkiyəyə turist göndərməyəcəyik. Fövqəladə vəziyyətin olduğu bir ölkənin sahillərində kim rahat edə bilər?”.

Məlumat üçün bildirək ki, “Die Welt” qəzetinin müxbiri Dəniz Yücelin həm türk, həm alman vətəndaşlığı var. O, terrorçu təşkilatın fəaliyyətində iştirakda, terror təbliğatı və məlumatların hüquqazidd şəkildə istifadədə ittiham edilir.