Yaşayış yeri seçimində yeni trend yayılıb. Brenda Keli adlı qadın dəniz yük konteynerlərindən kiçik, rahat evlər hazırlayır. Böyük evləri sevməyən qadın özü də, dizayn etdiyi belə kiçik konteynerlərdən birində yaşayır. Uzunluğu 6 metr olan bu konteynerin, yaşayış sahəsi isə yalnız 10 kvadrat metrdir.

AzEuroNews marketium.ru-ya istinadən həmin evin şəkillərini təqdim edir:

ev-azeuro-1

Kelli deyir ki, hər bir məkanı mebeldən düzgün istifadə edərək, daha rahat və geniş göstərmək olar. Məsəl üçün, mətbəx rəfləri daha hündür olsa yaxşıdır.

ev-azeuro-2

Divan isə çarpayı ola bilər və həm də əlavə əşya saxlamaq üçün yerdir.

divan-azeuro-1

Konteynerdə həmçinin çox geniş hamam otağı var və evin damı buranın təbii yolla isinməsinə imkan yaradır.

kelli-azeuro-1

Yataq otağı qonaq otağının altında yerləşir və hündürlüyü cəmi 1 metrdir, lakin bu çarpayıda rahat uzanmağa və oturmağa mane olmur.

yataq-azeuro01

Rəngin, işığın və mebelin düzgün istifadəsi, evdə isti və rahat şərait yaradır. Gəlin etiraf edək ki, ev doğurdanda müasir və rahat görsənir.