Suraxanı rayonunda bıçaqlanma  hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə,  hadisə rayonun Hövsan qəsəbəsində yerləşən parkda qeydə alınıb. Parkda 34 yaşlı Quliyev Rövşən Seymur oğlunun naməlum şəxslə mübahisəsi düşüb. Mübahisə zamanıda naməlum şəxs Rövşən  Quliyevə çox saylı bıçaq zərbələri endirib. Daha sonra isə hadisə yerindən qaçıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralını müayinə edən həkimlər onda sarğı, üz və boyun nahiyyələrində bıçaq xəsarətinin olduğunu bildiriblər. Rövşən  Quliyev polisə ifadəsində onu bıçaqlayan şəxsi tanımadığını deyib. Faktla əlaqədar Suraxanı rayon polis İdarəsində Cinayət işi başlanıb. Araşdırmalar aparılır.