Qısa zamanda dünyada məşhurlaşan məşhur aşpaz və iş adamı Nüsrət Gökçeyə daha bir gözlənilməz təklif gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvəl Monakoda keçirilən idman mükafatlarının təqdimetmə mərasiminə dəvət alan Nüsrət orada dünyanın məşhur ulduzları ilə yanaşı gəlmişdi.

Bu dəfə isə təklif ABŞ-ın məşhur şoumeni Ceym Kordendən gəlib. Proqramına Nüsrəti dəvət etmək istəyən Korden ötən ay Nüsrət haqqında belə demişdi:

“Bu adam qırmızı ətin Kristian Qreyi (“Bozun 50 çaları”nın qəhrəmanı – red.) ola bilər”.