“Karib dənizi quldurları: Ölülər nağıl danışmır” filminin yeni treyleri yayımlanıb.“Karib dənizinin quldurları” franşizasının sonuncu filmi olan “Qəribə sahillərdə” 2011-ci ildə öz yaradıcılarına 1,045 milyard dollar gəlir gətirib. Ümumilikdə bu filmi təkcə ABŞ-da 30 milyondan çox tamaşaçı izləyib.

Sayca ikinci olan treyleri sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Yohaim Ronning və Espen Sandberg tərəfindən lentə alınan filmdə baş rolları Coni Depp, Xaviyer Bardem və Cefri Raş çəkiliblər. Film mayın 26-ından etibarən Azərbaycan da daxil olmaqla bütün dünya kinoteatrlarında nümayiş olunacaq.