Almaniya Federativ Respublikasında daimi yaşayan və şəxsiyyət vəsiqələri olmayan vətəndaşların nəzərinə!
AFR-də daimi yaşayan və şəxsiyyət vəsiqələri olmayan, etibarlıq müddəti yaxın bir ildə bitəcək ümumvətəndaş pasportları sahiblərinə yeni ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikasının AFR-dəki Səfirliyinin konsulluq bölməsində qəbul keçiriləcək. AzEuroNews.com-un Avropa Bürsounun məlumatına görə, qəbul 07 mart – 13 mart 2017-ci il tarixlərində hər gün (şənbə və bazar günləri daxil olmaqla) saat 10.00-dan 18.00-dək Berlin şəhəri 14193, Hubertusallee 43 ünvanında keçiriləcək.
Qəbul Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Berlinə müvəqqəti ezam edilmiş əməkdaşı tərəfindən yalnız yuxarıda qeyd edilmiş vaxt ərzində keçiriləcək.
Ərizəçilər tərəfindən 2 ədəd 3×4 ölçüdə fotoşəkil, AFR-də yaşamaq hüququnu təsdiq edən sənəd və digər əldə olan bütün sənədlərin əsli və surətlərinin özləri ilə gətirmələri tövsiyə olunur.
Məlumat üçün aşağıdakı qaynar xətt və ya e-mail ünvanına müraciət oluna bilər:
Tel: +49(0)152 10734352
Email: [email protected]

Qeyd: Nəzərə alınmalıdır ki, qəbul yalnız yeni ümumvətəndaş pasportlarının rəsmiləşdirilməsi üçün keçiriləcəkdir. Azərbaycan Respublikası vətəndaşlarına verilən şəxsiyyət vəsiqələrinin rəsmiləşdirilməsi nəzərdə tutulmayıbdır.