NATO Rusiyanın ABŞ-dakı seçkilərə qarışma iddiasına dair açıqlama verib.

“Ölkə.Az” xəbər verir ki, alyans bu iddiaların savaşa səbəb ola biləcəyini deyib.

NATO Avropa müttəfiq komandirinin müavini general Bredşou bildirib ki, Rusiyanın bu hərəkətləri hərbi addımlar atılmasına səbəb ola bilər. Rus xəbər agentliklərini dezinformasiya yaymaqda günahlandıran general bildirib ki, bu hərəkət NATO tərəfindən hücum kimi dəyərləndirilə bilər.

NATO müqaviləsinin 5-ci maddəsinə görə bir və ya birdən çox üzvə qarşı edilən hücum bütün üzvlərə qarşı edilən hücum kimi qəbul edilir. Son illərdə isə hücum tərifinə kiber hücum və xakerlik də əlavə edilib.

İngilis komandir bunları deyib: “Bu siyasi bir qərardır. Amma belə bir hücumlar 5-ci maddənin tətbiq edilməsi ilə nəticələnə bilər”.