Kraliça II İzabel məxfi xidmət əməkdaşlarına gizli mesaj ötürmək üçün çantasından istifadə edir.

AzEuroNews xarici mediaya istinadən xəbər verir ki, Launer brendinin çantalarına sadiq qalan II İzabel, çantadan tək aksesuar kimi yox başqa məqsədlər üçündə istifadə edir. O, çantası vasitəsi ilə öz xidmət əməkdaşlarına gizli mesajlar göndərir. Məsəl üçün, çantasını bir əlindən o biri alinə alarsa, mövzunu bitirmək istədiyini bildirir, bu barədə Böyük Britaniya kral ailəsinin tarixçi və eksperti Huqo Vikers People jurnalına müsahibəsi zamanı söyləyib.

Bundan başqa digər işarələrdə vardır: Hər hansısa bir tədbirdə çantasını masanın üzərinə qoyarsa bu o deməkdir ki, öz cangüdənlərinə artıq getmək üçün hazır olduğunu bildirir. Növbəti və 3-cü işarəsi isə üzüyü ilə bağlıdır. Əgər barmağında üzüyünü fırladarsa deməli tez bir şəkildə mövzunu dəyişmək istədiyini bildirir.

Çantanı aksesuardan əlavə, başqa məqsədlər üçün istifadə edən yeganə şəxs II İzabel deyil.

kayt-middleton-azeuro-135 yaşlı Keyt Midlton, hər zaman klatçdan istifadə edir. O, həyəcanlı olduğu zaman, iki əlləri ilə klatçından tutur və beləliklə əllərinin əsməsini gizlədə bilir.

İngiltərə kraliçası isə klatçını sol əlində götürür, sağ əlini isə salamlaşmaq üçün boş saxlayır.