Zabratda gözləri görməyən kişi intihar etmək istəyib.  AzEuroNews.com-un məlumatına görə, hadisə Zabrat qəsəbəsi, Yeni yaşayış sahəsində qeydə alınıb. 50 yaşlı Əliyev Nəbi Ağacan oğlu özü-özünə 38 bıçaq zərbəsi vurub.

Verilən məlumata görə, xəstəxanaya çatdırılan Nəbi Əliyev müayinə olunarkən müəyyən edilib ki, heç bir bıçaq zərbəsi daxilə nüfuz etməyib və hazırda vəziyyəti orta-ağırdı.

İlkin araşdırmalar zamanı məlum olub ki, tək yaşayan Nəbi Əliyev ağır şəkərli diabet xəstəsidir, iki gözündən də əlildir. Həmçinin 2 barmağı da xəstəliyi ilə əlaqədar amputasiya olunub. İntihara cəhdin səbəbi kimi də məhs onun xəstəlikdən əziyyət çəkməsi və gözlərinin görməməsi göstərilir.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.