ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ hökuməti yenidən  İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasına qadağa qoyub.

Əvvəlcədən viza alan şəxslərin istisna təşkil edəcəyi bildirilir.

Xatırladaq ki, yanvarın 27-də  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi proqramını 120 gün müddətinə dayandırıb.