Bakıda kafedə baş evrən dava 25 yaşlı gəncin bıçaqlanması ilə nəticələnib. AzEuroNews.com-un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Belə ki, Salyan yolu küçəsi 40 ünvanında yerləşən “Məkan” kafesində Şamaxı rayon sakini, 1992-ci ildə anadan olmuş, Qurbanov Ceyhun Rüstəm oğlu ilə şəxsiyyəti hələlik məlum olmayan şəxs və ya şəxslər arasında dava düşüb. Bu zaman naməlum şəxslər tərəfindən bıçaqlanan 25 yaşlı Ceyhun Qurbanov təcili yardım stansiyasında ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.