Ermənistan prezidenti Serj Sarkisyan martın 7-də Fransaya səfər yollanıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, səfər çərçivəsində prezident Fransua Olland, Senat sədri Jerar Larşe, parlament spikeri Klod Bartoloni, mer Anna İdalqo və s. şəxslərlə görüşəcək.

Fransa ilə Ermənistan arasında bir sıra müqavilələrin imzalanması da gözlənilir.