Şirvanda 4 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib. AzEuroNews.com-un məlumatına görə, “Hyundai” markalı avtomobili evdən qaçıran Şirvan sakini zəncirvari qəza törədib, özü isə ağır yaralanıb.

Belə ki, “VAZ-2107”, “Hyundai” və iki “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai”ın sürücüsü, 1989-cu il təvəllüdlü Eyvazov Zahid Mirqalib oğlu və “Mercedes”lərdən birinin sürücüsü, 1971-ci il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu xəsarət alıb. Hər iki sürücü reanimasiya şöbəsinə yerləşdirlib.  Z. Eyvazovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

qeza 2 qeza 3