Şirvanda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. AzEuroNews.com-un məlumatına görə, hadisə gecə saat 1.30 radələrində Şirvan şirvan şəhəri T.İsmayılov küçəsində qeydə alınıb. Şirvan sakini, 1955-ci il təvəllüdlü Abışov Rüstəm Qardaş oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. 62 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hazırda hüquq-mühafizə orqanları piyadanı vurub hadisə yerindən qaçan sürücünün saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.