Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikadakı məzarlıqlarda hasarların sökülməsi ilə bağlı göstəriş verib. AzEuroNews.com-un məlumatına görə, V.Talıbovun bu göstərişi uzun müddətdir hazırlanma prosesində olan “Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı olub. Qeyd edək ki, qanun layihəsi müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim olunub. Qanun layihəsinin müvafiq komitələrdə müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunması gözlənilir.

Yeni qanun layihəsində bütün məzarların bərabər formada olması, heç bir məzarın digərlərindən fərqlənməməsi, bütün məzarlarda başdaşı və qəbirüstü daşların eyni ölçüdə olması nəzərdə tutulur. Bundan əlavə, yeni məzarlıqların yaşayış massivlərindən uzaqda, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olmalıdır.

 Məzarlıqda iməclik…

Qanun layihəsini hələ qəbul olunmasa da, Vasif Talıbovun göstərişi ilə məzarlıqlarda keçirilən iməclikdə yaxınlarını itirənlər fəal iştirak ediblər. Sözügedən iməclikdə Naxçıvan Muxtar Respublikasının bütün bölgələrindəki qəbiristanlıqlarda məzarların dəmir çəpərləri vəfat edənlərin yaxınları tərəfindən sökülürək götürülüb, ərazilərdə təmizlik və səlqə-sahman yaradılıb.

V.Talıbovun göstərişini icra edən rayon icra başçıları yaxınlarını itirənlərə bildirib ki,  dünyanın əksər sivil ölkələrində qəbristanlıqlar təkcə məzarıstan deyil, həm də sakit, insanın əcdacının yaşıllıqlar içində uyuduğu bir park kimi dəyərləndirilir. Elə bu səbəbdən də, Naxçıvandakı bütün məzarlıqlar park şəklinə gətiriləcək.

17201071_1462363883816347_4490433279992111047_n

17098356_1462363867149682_8640445641328570518_n

?????????????????????????????????????????????????????????

?????????????????????????????????????????????????????????

?????????????????????????????????????????????????????????

?????????????????????????????????????????????????????????

?????????????????????????????????????????????????????????