Qarabağ əlili ağır qəzaya düşüb. AzEuroNews.com-un məlumatına görə, Buzovna-Mərdəkan yolunda “Hunday Santafe” markalı avtomaşın qəza törədib.

Verilən məlumata görə, avtomobili idarə edən sürücü, 1955-ci il təvəllüdlü Məmmədov İsgəndər Mahmud oğlu ağır xəsarət aldığından təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. İlkin müayinələr zamanı 62 yaşlı kişidə sağ baldırın çapılmış yarası aşkar olunub. Yaralı cərrahiyə əməliyyatı olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı aidiyyatı üzrə Xəzər Rayon Polis İdarəsinə məlumat verilib və araşdırmalara başlanılıb.

Qeyd edək ki, zərərçəkmiş 1-ci qrup Qarabağ əlilidir.