Türkiyənin baş naziri Binəli Yıldırımın mühafizəçilərindən 17-si zəhərlənib. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə,  baş nazirin İzmir ziyarəti zamanı polislərdən ibarət 17 mühafizəçisi yedikləri yeməkdən zəhərləniblər.

Yemək yedikdən sonra özlərini pis hiss edən mühafizəçilər təcili olaraq xəstəxanaya çatdırılıblar.

Hadisə yerində gələn hüquq-mühafizə orqanları yeməklərdən nümunə götürərək yoxlanış üçün xüsusi mərkəzə aparıblar.

Xəstəxanaya çatdırılan 17 mühafizəçinin mülaicəsi isə, davam edir.