Almaniyanın baş naziri Angela Merkel nazirlərə Türkiyə ilə bağlı xəbərdarlıq edib. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, Merkel Xristian-Demokratik Birlik Partiyasının qrup toplantısında Türkiyə ilə bağlı yaranan gərginliyə aydınlıq gətirib.

O, nazirlərə xəbərdarlıq edərək bildirib ki, türk nazirlərin Almaniyaya gələrək burda referendum öncəsi mitinq keçirmələrinə hörmətlə yanaşmalıdırlar.

“Biz Türkiyəni ifadə azadlığını əngəlləyən bir ölkə kimi ittiham edirik. Bəs onda bizim etdiyimiz hərəkət nədir? Onların ifadə azadlıqlarını əngəlləmirikmi? Ağıllı hərəkət etmək lazımdır” deyə Angela Merkel vurğulayıb.