Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə,  əza nəticəsində 5 nəfər dünyasını dəyişib, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya uğramış “Ford-tranzit” markalı mikroavtobusun sərnişinlərinin əksəriyyəti Sumqayıt Dövlət Universitetinin tələbələri olub. Hadisə Bakıdan Sumqayıta hərəkət edən sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində baş verib. Hazırda Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. Əldə etdiyimiz son məlumata görə yaralananların sayı 10 nəfər olan qəzada, ölənlərin sayı 5-ə çatıb.

Baş verən qəzada ölən və xəsarət alanların bəzilərinin adları məlum olub. Hadisə nəticəsində 1997-ci il təvəllüdlü Aygün Məmmədova, 1997-ci il təvəllüdlü Canıyev Rəşad Füzuli oğlu həyatlarını itirib. 1997-ci il təvəllüdlü Həmidov Emin Vaqif oğlu, 1998-ci il təvəllüdlü Mürsəlov Aydın Zahid oğlu və 1997-ci il təvəllüdlü Tağıyev Samir Məhəd oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

 

2c32d9a5-975b-4110-aa8d-ef7655b50ba9 02716e59-a9e4-4d19-b962-83c0da8fc849 afddb895-9c8d-4151-9d12-c8a8cef96d1c b89b484d-9d67-4955-8166-14a53212f346 dcca0cf4-3c7e-427b-bd3c-9d31d89ef095