Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Almaniyada referendumla bağlı keçiriləcək mitinqlərin siyahısını sözügedən ölkəyə təqdim edib.

AzEuroNews.com-un Avropa Bürosunun  məlumatına görə, Çavuşoğlu Türkiyə-Almaniya arasında yaşanan gərginliklə bağlı yeni açıqlama verərək bildirib ki, artıq Almaniyaya mitinq üçün 30 yerə görə siyahı vermişik, cavab gözləyirik.