Bu gün yayımlanacaq “Cəsur və Gözəl” serialında Kıvanç Tatlıtuğ tamaşaçı qarşısına fərqli imicdə çıxacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ötən seriyanın sonunda anasını itirən Cəsur (K.Tatlıtuğ) saçlarını qısaldacaq.

Digər dəyişiklik isə onun Sühana (Tuba Büyüküstün) olan münasibətidir. İkilin arasında böyük problemlər yaşanacaq.