Şəmkir-Gədəbəy avtomobil yolunda maşın aşıb, 2 nəfər ölüb.  AzEuroNews.com-un məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomoibl yolunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. Gədəbəy rayon Əlinağılar kənd sakini, 64 yaşlı  Zirəddin Vəliyev idarəe etdiyi “Niva” markalı avtomoibllə hərəkətdə olarkən maşın idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Qəza zamanı avtomoibldə olan sürücünün həyat yoldaşı 63 yaşlı  Vəzifə Vəliyeva və onların nəvəsi 15 yaşlı Elzaməddin Vəliyev hadisə yerində ölüb. Sürücü və digər sərnişin, onun oğlu 1974-cü il təvəllüdlü Qalib Vəliyev isə, yüngül xəsarət alıblar.

Faktla bağlı Şəmkir Rayon Polis şöbəsində araşdırma aparılır.

27820d51-dec1-4a62-b437-7e3693e21df2 dd79c04a-2b53-464b-811b-e70100ba215c f04831a7-3c4d-47b4-ad40-54a030e2c310 fd87fb65-85b3-42e4-9ac7-5edca085473e