ABŞ-ın “HBO” telekanalı “Taxtların oyunu” (Game of Thrones) serialının yeddinci mövsümünün tizer treyleri yayımlayıb.

AzVision.az xəbər verir ki, treyler serialın rəsmi “Youtube” səhifəsində yerləşdirilib.

Tizer treylerin sonunda Kit Harinqtonunun canlandırdığı Con Snou “Yalnız bir müharibənin əhəmiyyəti var. Böyük Müharibə və o artıq başlayıb”, – deyir.

Qeyd edək ki, fevral ayında “HBO” telekanalı “Taxtların oyunu” (Game of Thrones) serialının yeddinci mövsümünün başlayacağı tarixi açıqlamışdı. Belə ki, serial iyunun 16-ı efirdə yayımlanacaq.

Taxt Oyunları (Game of Thrones) serialının 6-cı mövsümünün final epizodunu serial tarixində rekord dərəcədə insan izləyib.

“Qışın küləkləri” adlı sonuncu seriyanı ilk gündə 8,9 milyondan çox insan izləyib.

Qeyd edək ki, bundan əvvəlki rekord isə “Taxt Oyunları” serialının beşinci mövsümünün son seriyasına aid idi. Belə ki, son bölümüm 8,1 milyon insan izləmişdi.

Bundan əlavə “Taxt Oyunları” sonuncu mövsümü HBO tarixində ən yaxşı izləyici göstəricisi olaraq da rekord vurub. Belə ki, altıncı mövsümün hər bir bölümünü orta hesabla 23,3 milyon insan izləyir.

Taxtların Oyunu – Amerika istehsalı olan fentezi və dram janrlı teleserialdır. Serial ABŞ-da 2011-ci ildə HBO kanalında nümayişə başladı. Başladığı vaxtdan etibarən qısa vaxtda böyük maraq yaradan serial tez bir zamanda dünyanın müxtəlif ölkələrində nümayiş olunmağa başladı. Bu serial Corc Martinin fantastik əsəri olan “Buz və Alovun Nəğməsi”nin motivləri əsasında hazırlanıb.