Qaradag rayonunda piyada vurma hadisəsi baş verib. AzEuroNews.com-un məlumatına görə, qəza rayonun Müşfiq qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən şadlıq sarayının qarşısında “Opel” markalı avtomobil yolu keçmək istəyən piyada 18 yaşlı Hüseynov Nicat Namiq oğlunu vurub. Piyada çoxa saylı bədən xəsarətləri alıb. Daha sonra sürücü özü yaralını avtomobilə əyləşdirərək xəstəxanaya gətirib.  Nicat Hüseynova tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olan yaralı palataya yerləşdirilib. Hadisə barədə polisə məlumat verilib. Qəzanı törədən sürücünü polis idarəsinə aparılıb. Onun izahatı alınıb. Hadisə yerində ölçülər götürülüb. Qəzanın səbəbini müəyyən etmək üçün ekspertiza təyin olunub. Faktla əlaqədar araşdırmalar davam edir.