Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib. AzEuroNews.com-un məlumatına görə, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb. “BMW” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sərnişini, Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu Nuriyev ölüb. “BMW” avtomobilinin sürücüsü, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. “VAZ 2107” markalı avtomobillin sürücüsü yüngül yaralanıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

10bb8d1f-4faf-4218-9148-11d643a5d054 b7a6015d-f0ef-48c4-b2cc-8fc677f7371e eca17fcb-ff27-4be2-848f-39ae5cbe23e355d7b032-383c-4b5d-966a-32e5f508ca2a