Rusiya Kiyevdə keçiriləcək “Eurovision-2017” müsabiqəsində ölkəni təmsil edəcək təmsilçini müəyyənləşdirib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, ölkəni Ukraynada müğənni Yuliya Samoylova təmsil edəcək.

O, müsabiqədə “Flame is Burning” mahnısını ifa edəcək.

Qeyd edək ki, Y.Samoylova dəfələrlə müxtəlif yarışlarda iştirak edib. O, 2014-cü ildə Qış Paralimpiya Oyunlarının açılış mərasimində iştirak edib. Uşaqlıqdan I qrup əlil olan xanım əlil arabasında hərəkət edir.