Bakıda oğul borc üstündə atasını qətlə yetirib, anasını yaralayıb.  AzEuroNews.com-un məlumatına görə, ötən axşam saat 20:00 radələrində Bakının Xətai rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 30 yaşlı Emin Saleh oğlu Sadıqov mübahisə zəminində atası, 55 yaşlı Saleh Sadiq oğlu Sadıqovu qətlə yetirib.

Verilən məlumata görə, Emin borcu çox olduğundan, atasına yaşadıqları evi satmaq istədiyini bildirib. Ancaq atası buna razı olmadığından evdə mübahisə yaranıb. Nəticədə, Emin əvvəlcə çəkiclə atasının başından bir neçə zərbə vurub, sonra isə 4 bıçaq zərbəsi ilə onun həyatına son qoyub. Bu zaman onları aralaşdırmağa çalışan 50 yaşlı anası Yasəmən Sadıqova da sol qolundan bir neçə bıçaq zərbəsi alıb. Cinayəti törətdikdən sonra isə, Emin hadisə yerindən qaçıb.

Xətai Rayon Polis İdarəsi 36-cı polis bölməsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Emin Sadıqov saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. İlkin dindirmələr zamanı məlum olub ki, Emin Sadıqov 6 ay əvvəl həbsdən azad olunub. Oğurluq törətdiyinə görə məhkum olunan Emin, həbsdən çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirməyə başlayıb və küllü miqdarda borca düşüb.

Qeyd edək ki, qətlə yetirilən Saleh Sadıqov taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırırmış.

 

ana 1 ana 2 ana 3 ana 4