Suriyada ən çox uşaq 2016-cı ildə öldürülüb. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bu barədə UNİCEF-in hesabatında bildirilir. Qeyd  olunur ki, 2016-cı ildə Suriyada 652 uşaq öldürülüb. Hesabatda qeyd olunur ki, Suriyada uşaqlar misli görünməmiş şiddət və vəhşiliklə öldürülüblər.

Hesabatda qeyd olunur ki, 7 yaşında uşaqların müharibəyə cəlb edilməsi sayında da artış var: “255 uşaq məktəbdə öldürülüb. Əksəriyyəti  7 yaşlı olan 850-dən çox uşaq “canlı bomba” kimi istifadə edilib”.

Məlumat üçün bildirək ki, hazırda Suriyada 2 milyondan çox uşaq məktəbə gedə bilmir. Daxili savaşla bağlı 2011-ci ildən bəri 6 milyon uşaq insani yardım təşkilatlarının dəstəyi ilə yaşayır. 2.3 milyondan çox uşaq isə, Türkiyə, Liviya, Misir və İraqda qorunma altına alınıb.

 

usaq 2 usaq 3 usaq 4 usaq