Sumqayıt polisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. AzEuroNews.com-un məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Qayıbov saxlanılıb və onun üzərindən 1 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin  yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı  oradan əlavə olaraq 2 kiloqram 45 qram heroin və 3 kiloqram 170 qram marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

sum 2