Star TV-nin ən iddialı seriallarından biri olan “İçimdeki fırtına”nın yayımı dayandırılır.

AzEuroNews xəbər verir ki, 1 aydır ki, tamaşaçı qarşısına çıxan ekran işinin reytinqi ürəkaçan olmayıb.

Bu səbəbdən kanal rəhbərliyi serialla bağlı mühüm qərar çıxarıb. Serial 7-ci bölümdə efirlə vidalaşacaq.

Xatırladaq ki, layihədə Merve Boluğur, Gizem Karaca, Yusuf Çim, Burak Yamantürk kimi məşhurlar rol alıb.