Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sentyabr ayından bu ilin mart ayına kimi şəhər ərazisində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən Əşrəf Qəniyev saxlanılıb. AzEuroNews.com-un məlumatına görə, araşdırma zamanı Ə.Qəniyev ümumilikdə altı çay evi, bir market və 3 fərdi yaşayış evindən pul, elektrik naqili, təmir-tikinti alətləri, tütün məmulatları, televizor və kondisionerlər oğurlaması müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

qar 2 qar1 qar3 qar4