Dünya üzrə milyonlarla insanın izlədiyi Game of Thrones serialının prodüserləri, son mövsümün yalnız 6 hissədən ibarət olacağını açıqlayıblar.

CNN-nin xəbərinə görə, Texasdakı South by Southwest festivalına qatılan prodüser Devid Benioff, “Son mövsümün 6 hissəsində nələrin olması lazım olduğunun 140 səhifəlik planı var əlimizdə” deyib.

Daha əvvəl seriyanın 7-ci mövsümünün 16 iyul 2017 tarixində ekrana çıxacağı açıqlanmışdı. Yeni mövsüm, prioritetlərə görə daha qısa olacaq və 7 hissədən ibarət olacaq. (yaaz.az)