Baş rollarda aktrisa Fahriye Evcen və aktyor Murad Yıldırımın oynadığı “Sonsuz aşk” filmi martın 24-də tamaşaçılara təqdim olunacaq.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, sosial mediada iki gəncin sevgisindən bəhs edən filmin səhnə arxası görüntüləri yayılıb.

Səhnələrin çoxu Cunda sahilində çəkilən filmdə  “Zeyneb” və “Can” adlı iki gənc bir-birilərinə aşiq olduqdan sonra həyatları tamamilə dəyişir.

Qeyd edək ki, martın 24-də premyerası olacaq ekran işinin digər rollarında Fatih Al, Filiz Ahmet, Zeynep Özder, Nazlı Pınar Kaya, Didem İnselel və Ege Aydan kimi tanınmışlar var.