Rusiyada sevimli ev heyvanı olan şəxslər üçün şad xəbər, artıq onlar əziz ev heyvanlarını spa salona apara biləcəklər.

AzEuroNews rus KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində pişiklər və itlər formada qalmaq və əzizlənmək üçün yeni açılmış spa və fitnes mərkəzinə gedə bilərlər.

İt sahibi olan Anastasiya Xaritanenko deyir ki, əgər sizin itiniz varsa, siz daim ona qayğı göstərməlisiniz, o, həmişə formada olmalıdı, tez-tez çimizdirməlisiniz, kürkünün qaydada olmağına diqqət yetirməlisiniz. O qeyd edib ki, mərkəzdə itlər üçün olan su aerobikası bütün bunları edə biləcəyiniz çox əla bir fürsətdi.

Mərkəzdə həmçinin heyvanlar üçün manikür, pedikür və masaj xidmətləri göstərilir. Heyvanlara göstərilən bütün xidmətlərin qiyməti cəmi 20 dollardır.