Tovuz rayonunda yolu keçən piyadanı maşın vurub. AzEuroNews.com-un məlumatına görə,  1957-ci il təvəllüdlü Kərimov Yaşar Məhərrəm oğlu xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Hadisəni törədən “VAZ 2106” markalı avtomobilin sürücüsü Tovuz şəhər sakini, 1985-ci il təvəllüdlü Hacıyev Rəşad Qəmbər oğlu Tovuz Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

 

2e3bfcfe-cb0b-4585-8b23-dcf44490cf9b 6048416a-dcb1-4506-9aef-4d06bfe69d22