Məşhur müğənni Funda Arar Günay İbrahimlinin repertuarına müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyəli ifaçı İbrahimlinin “Sən məndən gedən gündən” adlı mahnısını yeni albomuna daxil edib.

“Aşk hikayesi” adlı albom bu gün təqdim olunsa da, satışı cümə günündən etibarən başlayacaq.

İbrahimli mövzu ilə bağlı açıqlama yayıb. Müğənni bildirib ki, Arar mahnını ifa etmək üçün ondan icazə alıb:

“Funda Arar yeni albomunda ifa etdiyim “Sən məndən gedən gündən” mahnısını əlavə edib. Qarşı tərəf bizə müraciət edib. Həm mahnının müəlliflərindən, həm də məndən icazə alınıb. Funda Ararın səsini, sənətini bəyənirəm. Düşünürəm ki, uğurlu alınacaq”.

 

https://www.youtube.com/watch?v=bklCl8ACr6g