İspaniyalı Xosep Qvardiola karyerasında ilk dəfə baş məşqçisi olduğu komanda ilə Çempionlar Liqasının 1/4 final mərhələsinə keçə bilməyib.

Qafqazinfo” xəbər verir ki, Qvardiolanın “Mançester Siti”si iki oyunun nəticələrinə görə “Monako”ya məğlub olaraq turnirlə vidalaşıb.

 Xatırladaq ki, Xosep Qvardiola iki dəfə “Barselona” ilə Çempionlar Liqasının qalibi olub. Digər hallarda isə komandalarını yarımfinal mərhələsinədək yüksəldə bilib.